İdmançımız Karate1 Premyer Liqa turnirinin finalına çıxıb

Portuqaliyanın paytaxtı Lissabonda Karate1 Premyer Liqa turniri davam edir.

Karateçilərimizdən Asiman Qurbanlı (84 kiloqramdan yuxarı) yarışda Rumıniya, İsrail, Ukrayna və Almaniyadan olan rəqiblərini məğlub edərək, finala vəsiqə qazanıb.

Qızıl medal uğrunda həlledici görüşdə onun rəqibi Gürcüstan təmsilçisi olacaq. Qarşılaşma mayın 2-də baş tutacaq.

Bazar günü mükafatlar uğrunda yarışlarda kata milli komandamız isə bürünc medal görüşünə çıxacaq. Nüfuzlu turnir idmançılara Tokio Olimpiadasında iştirak etmək üçün xüsusi reytinq xalları da qazandırır.

Qeyd edək ki, yarışda Azərbaycanı 15 idmançıdan ibarət heyət təmsil edir.

Turnir mayın 2-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: