Bakıda 14 yaşlı yeniyetmənin faciəli anları – VİDEO – FOTO

Bakıda 14 yaşlı yeniyetmənin başına daş piltənin düşdüyü an müşahidə kameralarına düşüb.

Video görüntünü təqdim edirik.

Qeyd edək ki, hadisə Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.

Axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşan 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb.

Ağır kəllə-beyin travması alan Ə. Şabanov komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasından APA-ya verilən məlumata görə, yeniyetmənin vəziyyəti son dərəcə ağırdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: