Oğlunu satdı, əldə etdiyi pulla səyahətə çıxdı – FOTO

Se soyadlı kişi iki yaşlı oğlunu sataraq yenicə evləndiyi qadınla səyahətə yollanıb.

Bu barədə “South China Morning Post” xəbər yayıb.

Bildirilir ki, boşandıqdan sonra oğlunun qəyyumluğunu alan kişi ikinci arvadı ilə davamlı olaraq mübahisə edib. Həyatını asanlaşdırmaq üçün Se oğlundan qurtulmağa qərar verib. Uşağı övladı olmayan bir cütlüyə 158 000 yuana (41 479 manat) satıb.

Bu barədə uşağın itkin düşdüyünü görən qohumları polisə müraciət etdikdən sonra məlum olub.

Hüquq mühafizə orqanlarının əməkdaşları uşağın atasını Çinin Çjetszyan əyalətində saxlayıblar.

Hadisə ilə əlaqədar cinayət işi açılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: