Attraksionun qəfil dayanması ilə uşaqlar bir-birlərinə çırpıldı: Səkkiz yaralı – VİDEO

Qazaxıstanın Uralsk şəhərində əyləncə parkında bədbəxt hadisə baş verib. Belə ki, yüksək sürətlə dövr edən attraksionun qəfil dayanması nəticəsində uşaqlar bir-birlərinə çırpılıb.

Bu barədə “Uralskaya nedelya” xəbər yayıb.

Bildirilir ki, 5-10 yaşlı səkkiz  uşaq yaralanıb. Onlara qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyulub.

Hadisənin səbəbləri ilə bağlı yoxlamalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: