Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Turnirin ilk finalçısı İngiltərədə bəlli olacaq.

“Mançester Siti” Fransada 2:1 hesabı ilə məğlub etdiyi ötən ilin finalçısı PSJ ilə münasibətlərinə aydınlıq gətirəcək.

Mançester klubunda ispaniyalı Erik Qarsiya oynaya bilməyəcək. Paris klubunda isə Xuan Bernat və Aleksandr Letelye zədə səbəbindən, İdrissa Qey isə cəza səbəbindən oynaya bilməyəcək. Həmçinin komandanın lideri Kilian Mbapenin də meydana çıxıb-çıxmayacağı sual altındadır.

UEFA Çempionlar Liqası

1/2 final (cavab oyunu)

23:00 “Mançester Siti” (İngiltərə) – PSJ (Fransa)

İlk oyun – 2:1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: