Həbsdə olan qohumuna dolmanın içində telefon keçirmək istədi

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (narkotik satmaq) maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Baxşəliyev Zaur Mərdəli oğluna tanışı Sumqayıt şəhər sakini Qafarov Məhəmməd Vaqif oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Bu zaman orada olan dəmir qazandakı bişmiş dolma yeməyinin içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş, işlək vəziyyətdə olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və bir ədəd danışıq kartı aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: