Mədəni sağlam saxlamaq üçün nələri etməməliyik? – 10 QADAĞA

Düzgün qidalanmamaq insanın mədəsinə zərər yetirə bilər. Mədəni sağlam saxlamaq üçün nələri etməməliyik?

Bu barədə Çinin “Sohu” platformasında yazılıb.

Belə ki, ilk növbədə, nizamsız qidalanmaya son qoymaq lazımdır, çünki orqanizm ac olduqda mədə turşusu və zülal daxil olan yeməklər tərəfindən neytrallaşdırılmır və onların konsentrasiyası çox yüksək olur.

Səhər yeməyi mütləq yeyilməlidir, əks təqdirdə mədədə problemlər yarana bilər.

Nahar zamanı həddindən artıq çox yemək mədənin qoruyucu mexanizminə təsir göstərir, yemək çox uzun müddət mədədə qalaraq onu genişləndirir.

Axşamlar həddən artıq çox yemək də piylənməyə səbəb ola bilər.

Emosional stress beyin qabığı vasitəsilə limbik sistemə yayıla və bununla da vegetativ sinir sisteminə təsir göstərə bilər. Nəticədə bu, mədə-bağırsaq traktının disfunksiyasına səbəb olur və selikli qişanın qoruyucu pərdəsi zədələnir. Bu da mədə xorasına səbəb ola bilər.

Yeməyi tez yedikdə qida yaxşı çeynənilmədən mədəyə düşür və mədə-bağırsaq traktında ağırlıq yaradır. Bu, bir sıra mədə xəstəliklərinə səbəb ola bilər.

Bundan əlavə, acqarına süd içmək olmaz, çünki süddəki zülal, yağ və şəkər mədə şirəsinin ifraz olunmasına səbəb olur.

Hər gün çox miqdarda qazlı içki içmək mədə üçün zərərli olmaqdan əlavə, çəkinin artmasına da səbəb olur.

Çox bərk qidalar da mədədə yaxşı həzm olunmur, bu da mədənin mexaniki olaraq tez “xarab olması”na və xoraların əmələ gəlməsinə səbəb ola bilər.

Yuyulmamış qidalar da mədədə “Helicobacter pylori” bakteriyasının yaranmasına gətirib çıxara bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: