Meksikada üç günlük matəm elan edildi

Meksika Prezidenti Andres Manuel Lopez Obrador metro fəlakəti ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə fərman Federasiyanın rəsmi gündəliyində dərc olunub.

Bildirilir ki, prezidentin fərmanı dərc edildiyi gündən qüvvəyə minir və 7 may daxil olmaqla qüvvədə olacaq, dövlət bayraqları 4 və 6 may tarixlərində endirilməlidir.

Xatırladaq ki, Meksikanın paytaxtı Mexikoda üzərində qatar olan metro körpüsü çöküb. Faciə nəticəsində 24 nəfər həlak olub, 79 nəfər yaralanıb.

Hadisənin səbəbləri ilə bağlı istintaq başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: