“Whatsapp Pink” istifadəçi məlumatlarını oğurlayır

İnternetdə Whatsapp-ın bir çox təkmilləşdirilmiş növü mövcuddur. Lakin onların heç də hamısı təhlükəsiz deyil və bəziləri özlərində zərərli proqram təminatını birləşdirirlər. Bir neçə müddət bundan öncə Whatsapp Pink adlı messencer versiyası ortaya çıxıb. Sözügedən messencerin təsvirində qeyd olunub ki, istifadəçilər onu yükləməklə əlavə funksiyalara sahib təkmilləşdirilmiş Whatsapp-ı əldə edirlər. Lakin həqiqət isə ondan ibarətdir ki, Whatsapp Pink zərərli proqram təminatından ibarətdir.

Belə ki, sözügedən tətbiqi yükləyəndən sonra o, istifadəçinin əsl Whatsapp tətbiqindəki qeydiyyat məlumatlarının qeyd olunmasını tələb edir və qeydiyyatdan keçəndən sonra həmin məlumatları oğurlamaq çox asan olur. Qeyd etmək lazımdır ki, bu tətbiqin APK faylının yüklənməsi barəsində mesajlar virus şəklində əsl Whatsapp çatlarında yayılır. Həmin mesajlarda istifadəçilərə Whatsapp Pink-in yüklənməsi təklif olunur və yüklənmə linki yerləşdirilir. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər göndərilən bu cür linklərə daxil olmamağı və Whatsapp Pink-i yükləməməyi məsləhət görürlər. Əks halda konfidensial məlumatlar oğurlana və hətta istifadəçinin cihazına uzaqdan müdaxilə edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: