Şəki kəndlərinin internet problemi nə zaman həll olunacaq? – AÇIQLAMA

Şəkinin kəndlərində internet problemi sakinləri narahat edir. 

Bu barədə  Şəkinin Bolludərə kəndində yaşayan sakinlər məlumat verib.

Onların sözlərinə görə, kənddə hələ də internet xətti yoxdur:

“Bu problemin həlli bizim üçün vacibdir. Kənddə internet xətti olmadığı, şəbəkə zəif olduğu üçün onlayn dərslərə qoşulmaq olmur. Müəllimlər, şagirdlər əziyyət çəkir. Məsələ ilə bağlı hara müraciət edəcəyimizi də bilmirik”.

Sözügedən problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən bildirilib ki, Şəki rayonunun Bolludərə kəndində hazırda 18  abunəçi stasionar telefon xidmətindən istifadə edir:

“Sakinlərin genişzolaqlı xidmətlərə artan tələbatını nəzərə alaraq qeyd olunan yaşayış məntəqəsinə fiber-optik kabelin çəkilməsi təmin olunub. Kənddaxili xətt şəbəkəsinin  genişləndirilməsi, 128 nömrə tutumlu avadanlığın quraşdırılması planlaşdırılıb”.

Qeyd edək ki, “Aztelekom” tərəfindən regionlarda telekommunikasiya xidmətlərinə olan tələbatın ödənilməsi və keyfiyyətin artırılması məqsədilə bir sıra layihələr həyata keçirilir. Bu layihələr növbəlilik əsasında icra olunduqca, Bolludərə sakinlərinin də telekommunikasiya xidmətlərinə olan tələbatı ödəniləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: