Lənkəranda DƏHŞƏTLİ QƏZA: Çox sayda yaralı var

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkərandakı qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən  verilən xəbərə görə, FHN-in “112” qaynar telefon xəttinə Lənkəran şəhərində “Mercedes” markalı mikroavtobus və “ВАЗ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan “Mercedes” markalı mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

17:55

Lənkəran rayonunda baş verən yol qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Publika.az xəbər verir ki, “Ləvəngi” dairəsində qeydə alınan hadisə zamanı Lənkəran rayonunun Xarxatan kənd sakini, 1995-ci il təvəllüdlü Fərahim Rza oğlu Nəhmətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil yol kənarında dayanan eyni markalı avtomobilə, nəticədə hərəkət istiqamətini dəyişən nəqliyyat vasitəsi də “Mercedes” markalı mikroavtobusa çarpılıb.

Hadisə zamanı VAZ-ın sürücüsü Fərahim Nəhmətov, sərnişinləri olan həmkəndliləri – 1996-cı il təvəllüdlü Elnur Mirqasım oğlu Sadıqzadə, 1987-ci il təvəllüdlü Röyal Ədalət oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların hər üçü reanimasiya şöbəsinə yerləşdirilib. Nisbətən yüngül xəsarətlər alan daha üç nəfər – Girdəni kənd sakini, 1962-ci il təvəllüdlü Kürsüm Canəli qızı Kərimova, Bürcəli kənd sakini, 1980-ci il təvəllüdlü Arzuman Möhübbət oğlu Sovqatov və Lənkəran şəhər sakini, 1962-ci il təvəllüdlü Səmədağa Heybət oğlu Hümmətov isə travmatalogiya şöbəsinə yerləşdiriliblər.

***

17:43

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan iki “VAZ-2107” markalı avtomobil toqquşub. Zərbənin təsirindən hərəkət istiqamətini dəyişən “VAZ”lardan biri əks istiqamətdə hərəkətdə olan “Mercedes” markalı mikroavtobusla toqquşub. Hadisə zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata görə, yaralılardan birinin vəziyyəti ağır, digərlərinin orta ağırdır.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri mikroavtobusda sıxışaraq köməksiz vəziyyətdə qalan sərnişinləri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: