Müştərilərə Messi pizzası və Buskets cücəsi təklif olunan kafe açıldı

“Nou Kamp” idman kompleksində “Barselona” klubuna məxsus və sahəsi 500 kvadratmetr olan yeni kafe fəaliyyətə başlayıb.

ESPN məlumat verir ki, yeni “Barça Cafe” ötən gündən etibarən öz qapılarını klub tərəfdarlarının və bütün dadlı yemək həvəskarlarının üzünə açıb.

Kafedə müştərilərə klubun tanınmış futbolçuları adından hazırlanmış təamlar təklif olunur.

Bunların arasında Messi pizzası, Buskets qızardılmış cücəsi, Xordi Alba balığı, Dembele Marqaritası da var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: