Türkiyədə “lokdaun” ləğv edildi

Türkiyədə koronavirusa qarşı karantin tədbirləri çərçivəsində aprelin 29-dan tətbiq edilən “lokdaun” bu gün sona çatıb.

Bu barədə “Haber Global” məlumat yayır.

“Mərhələli yumşalma” iyun ayının 1-dək davam edəcək. Yanaşı olaraq, bəzi qadağalar qüvvədə qalacaq.

Bunlara 65 yaşdan yuxarı və 18 yaşdan kiçik insanların ictimai nəqliyyatdan istifadə edə bilməməsi, komendant saatı dövründə şəhərlərarası səyahət məhdudiyyətinin tətbiqi və s. aiddir.

Alış-veriş mərkəzləri iş günləri saat 10:00-20:00 arasında işləyə biləcək. Şəhərlərarası nəqliyyat vasitələri tutumlarının 50 faizi qədər sərnişin qəbul edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: