Gəncə sakinlərinin şikayətinə İcra Hakimiyyətindən CAVAB – FOTO/VİDEO

Gəncə şəhərinin Sadıllı qəsəbəsində yaşayan vətəndaşlar yol infrastrukturunun olmamasından şikayətçidirlər.

Vətəndaşlar bildirib ki, qəsəbədə yol bərbad vəziyyətdədir:

“Yaşadığımız ərazidə yol pis vəziyyətdədir. Burada məktəb, bağça marşrut, yoxdur”.

Məsələ barədə Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumdan  bildirilib ki, Gəncədə su-kanalizasiya layihəsi icra olunduğu üçün yollar mərhələli şəkildə asfaltlanır:

“Hələlik şəhərin həmin hissəsində layihə icra edilməyib. Məktəb var, bağça ilə bağlı aidiyyəti üzrə müraciət olunub. İctimai nəqliyyat fəaliyyət göstərir, amma rentabellik aşağı olduğu üçün marşrut sayı azdır. Sakinlərin müraciətləri nəzərə alınaraq, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi ünvanlanıb”.

 

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: