Qarabağ Dirçəliş Fondunda yeni TƏYİNATLAR – FOTO

Qarabağ Dirçəliş Fondunun PR və Kommunikasiya üzrə koordinator vəzifəsinə təyinat olub.

Bu vəzifəyə Pərvin Məmmədova gətirilib.

O, bundan sonra fondun fəaliyyəti ilə bağlı sualları cavablandıracaq.

Qeyd edək ki, P.Məmmədova bundan əvvəl Odlar Yurdu Universitetinin, daha əvvəl isə Nəqliyyat, Rabitə və Yüksək Texnolgiyalar Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi vəzifəsində çalışıb.

Bundan başqa, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinə rəhbər təyinatı da olub. Bu vəzifəyə Aybəniz İsmayılova təyin edilib.

Xatırladaq ki, İsmayılova Aybəniz Rafiq qızı 8 oktyabr 1976-cı ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: