Hər gün bir peyvənd olunana 40 000 dolar veriləcək

ABŞ-ın Merilend ştatının koronavirusdan peyvənd olunan sakinləri lotereyada 40-400 min dollar qazanma şansı əldə ediblər.

“RİA Novosti”nin məlumatına görə, bu barədə ştatın qubernatoru Larri Hogan bəyan edib.

“Merilend sakinlərini koronavirusdan peyvəndlənməyə təşviq etmək üçün, Merilend lotereyası 25 May – 3 İyul tarixlərində hər gün bir peyvənd olunana 40.000 dollar (68 000 AZN) mükafat verəcək. İyulun 4-də isə (ABŞ-da Müstəqillik Günü) final oyununda vaksindən keçənlərdən biri 400 min dollar mükafat alacaq”, – deyə qubernatorun saytında bildirilib.

Qeyd olunur ki, Dövlət Səhiyyə Departamenti 18 yaşdan yuxarı peyvənd olunmuş hər bir şəxsə təsadüfi bir say təyin edəcək, sonra isə təsadüfi say generatoru qalib seçəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: