Azərbaycan mirvari idxalını artırdı

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 7,645 milyon ABŞ dolları dəyərində təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya, sikkələr idxal edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,794 milyon ABŞ dolları (57,6 %) çoxdur.

Dörd ay ərzində Azərbaycanın təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya, sikkələr ixracının dəyəri isə 65,714 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 21,372 milyon ABŞ dolları (48,2 %) çoxdur.

Hesabat dövründə təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya, sikkələr üzrə idxal Azərbaycanın ümumi idxalının 0,22 %-ni, ixracın isə 1,03 %-ni təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: