Deputatdan təklif: “Azərbaycanda “Analar Günü” təsis edilsin”

Milli Məclisin iclasında deputat Məlahət İbrahimqızı Azərbaycanda “Analar Günü”nün təsis edilməsi haqqında təkliflə çıxış edib.

M.İbrahimqızı qardaş Türkiyədə olduğu kimi, Azərbaycanda da milli və ayrıca “Analar Günü”nün qeyd olunmasını təklif edib.

“Azərbaycanda da qeyd olunan 8 Mart Beynəlxalq Qadınlar Günü daha çox siyasi xarakterli və insan hüquqları ilə bağlı məsələdir. Amma hesab edirəm ki, Azərbaycanda ayrıca “Analar Günü” qeyd olunmalıdır. Çünki “ana vətən”, “ana torpaq” deyirik. Odur ki, milli “Analar Günü”müz olmalıdır”, – deyə millət vəkili əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: