Rusiyanın Qara dəniz sahilləri ekoloji fəlakətlə üzləşdi – VİDEO

Rusiyanın Tuaps şəhərininin sahilində neft tərkibli maye Qara dənizə axıb. Hadisə ilə əlaqədar şəhərdə yüksək hazırlıq rejimi elan edilib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Məlumata görə, neft tərkibli maye sahilin 800 metrliyindəki dərinsulu kanalizasiya kollektorundan axıb.

Hazırda akvatoriyada və sızıntının qeydə alındığı yerin yaxınlığında fövqəladə hadisənin nəticələri aradan qaldırılmağa çalışılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: