Azərbaycanda 10 ton narkotik maddə məhv edilib

Neftçala rayonunda yabanı halda bitən 10 ton çətənə kolu məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mikayıllı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Polis əməkdaşları tərəfindən yabanı halda bitmiş ümumi çəkisi 10 ton olan 11 132 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: