Maliyyə naziri dünyadakı iqtisadi şokların Azərbaycana təsirindən DANIŞDI

Ötən il dünyada iqtisadiyyatı iki böyük şokla üzləşdi: pandemiya şoku və dünya bazarlarında xam neftə tələbatın azalması və nəticədə neft qiymətlərinin aşağı düşməsi iqtisadiyyata təsir etdi.

Bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, bütün bunlar Azərbaycan iqtisadiyyatına da təsir edib.

“Belə ki, Ümumi Daxili Məhsulun həcmi azalıb. Ötən ilin yayında isə biz dövlət və icmal büdcələrə yenidən baxmalı olduq”, – deyə S.Şərifov əlavə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: