Sərnişin avtobusu işıq dirəyinə çırpılıb havadan asılı vəziyyətdə qaldı – FOTO

Rusiyanın Sankt-Peterburq şəhərinin Leninski prospektində sərnişin daşıyan avtobus yol kənarında olan işıq dirəyinə çırpılıb.

TASS agentliyi hüquq mühafizə orqanlarına istinadən xəbər verir ki, qəza nəticəsində beş sərnişin xəsarət alıb.

Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub

Qeyd olunur ki, müvafiq qurumlar işıq dirəyinə dəyərək yerdən bir neçə metr hündürlükdə asılı vəziyyətdə qalan avtobusu təhlükəsiz şəkildə yerə endirməyə çalışırlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: