Marşrut avtobusu 16 yaşlı qıza çırpıldı -ANBAAN VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərinin Nevski prospektində sərnişin daşıyan avtobus 16 yaşlı qızı vurub.

“İzvestiya” nəşri xəbər verir ki, ağır xəsarət alan piyada xəstəxanaya çatdırılıb.

Müşahidə kameralarındakı görüntülərdə qızın işıqforun qırmızı işığında piyada keçidindən yolu keçməyə cəhd etdiyi əks olunub.

Toqquşma zamanı avtobusda təxminən 30-a yaxın sərnişin olub.

Sürücü anidən əyləcə basmaq məcburiyyətində qaldığından avtobusda olan bəzi sərnişinlər də xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: