“Hindistan ştammı”na görə daha qorxulu pandemiya barədə xəbərdarlıq edilib

Koronavirusun “Hindistan ştammı” dünyada COVID-19 pandemiyası ilə bağlı vəziyyəti pisləşdirə bilər.

Bu barədə Sinqapur Milli Universitetinin ictimai səhiyyə fakültəsinin dekanı Teo Ik In “The Straits Times” qəzetinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, koronavirusun bu ştammı o qədər sürətlə yayılır ki, yoluxanları izləmək və təcrid etmək olmur.

“O (ştamm -red.) bəşəriyyətin bu günə qədər görmədiyi daha böyük pandemiyanı başlada bilər”, – deyə alim bildirib.

B.1.617 ştammı ilk olaraq Hindistanın Maharaştra ştatında müəyyən olunub. “İkili mutasiya ştammı” olaraq da bilinən koronavirusun bu növü artıq bir çox ölkədə müəyyən olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: