Bahar Muradova: “Çox təəssüf ki, uşaqlar və qadınlara qarşı bu kimi cinayət faktları mövcuddur”

Uşaqlara və qadınlara qarşı zorakılıq, cinayətlər təkcə komitənin səlahiyyətində olan məsələ deyil. 

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ötən gün atası tərəfindən öldürülən 1 yaşlı uşaq və buna bənzər hallarla bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, bu məsələyə bir çox dövlət qurumları lazımi tədbirlər görməlidir:

“Dövlətimiz bu məsələlərlə bağlı zəruri olan bütün tədbirləri həyata keçirir. Çox təəssüf ki, uşaqlar və qadınlara qarşı bu kimi cinayət faktları mövcuddur. Bu cinayət aktıdır və cinayət məcəlləsi ilə tənzimlənir. Bu məsələlərdə müvafiq qurumların hər birinin özünəməxsus səlahiyyəti var.

Bizim Komitə isə bu sahədə müvafiq qurumlar arasında əlaqələndirici rol oynayır. Buna görə suallar daha çox bizə yönəlir. Bunun üçün lazımi qanunverici baza var, hər kəs öz öhdəliklərini bilir. Bu istiqamətdə tədbirlər həyata keçirilir. Komitə öz səlahiyyətləri çərçivəsində məsələləri nəzarətdə saxlamağa, qanunvericiliyin tələblərini qorumağa və bu istiqamətdəki səyləri birləşdirməyə yönəlik fəaliyyət göstərir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: