Azərbaycan Qran Prisində üçüncü qəza – FOTO

Formula 2 Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü başa çatıb.

Bolidlərin treklə tanışlığında Marina Sato (“Trident” komandası) və Lirim Zendelidən (“MP Motorsport” komandası) sonra DAMS komandasının israilli pilotu Roy Nissani də xoşagəlməz hadisə ilə üzləşib.

Onun bolidi 14-cü döngədə divara çırpılaraq sıradan çıxıb və Nissani yarışı dayandırmalı olub.

Qeyd edək ki, “Hayteç” komandasının estoniyalı pilotu Yuri Vips sərbəst yürüşdə hamıdan sürətli olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: