Koronavirusa qarşı olan vaksinin ikinci dozası maksimum nə qədər müddət sonra vurulmalıdır?

“Hazırda Azərbaycanda koronavirus əleyhinə vurulan peyvəndlər iki dozalıdır. Birinci dozanı vurdurandan 14 gün sonra anticisimlər yaranmağa başlayır”.

Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova bildirib.

Onun sözlərinə görə, vətəndaş peyvəndin birinci dozasından 28 gün sonra ikinci dozanı vurdurmalıdır:

“Bu müddət ərzində üzrlü səbəbdən ikinci dozanı vurdura bilməyən şəxslərə 56 gün şans verilir”.

N. Daşdəmirova qeyd edib ki, şans verilən müddətdə peyvəndin ikinci dozasını vurdurmayanlar artıq növbəti altı ay üçün gözləməli olacaq və yenidən peyvənd vurduracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: