Bakı metrosunda könüllülər xidmət edəcək – FOTO

UEFA-nın futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunları ilə əlaqədar Bakı metropolitenində könüllülər xidmət göstərəcək.

Bu barədə  “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, yarış proqramına uyğun olaraq, “A” qrupunun 3 oyunu (12, 16 və 20 iyun) və 1/4 finalın bir matçı (3 iyul) “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə əməkdaşlıq çərçivəsində 30 könüllü seçilib. Onlar futbol oyunlarının keçirildiyi günlərdə “Koroğlu” stansiyası ilə yanaşı, şəhər mərkəzinə yaxın daha 6 metro stansiyasında (“İçərişəhər”, “Sahil”, “28 May”, Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Nizami”) fəaliyyət göstərəcəklər.

Könüllülərin cəlb edilməsində əsas məqsəd şəhərimizə təşrif buyurmuş qonaqların, xüsusən əcnəbilərin metropolitendə koordinasiyalı hərəkətini, yarış məkanına və sosial-mədəni obyektlərə səmti rahatlıqla müəyyənləşdirməsini, gediş haqqının yüklənməsini və istifadə qaydalarının izah olunmasını təmin etməkdir. Lazım gəldikdə, sərnişinlərə digər faydalı məlumatlar, eləcə də Azərbaycanın zəngin tarixi-mədəni irsi, paytaxtın sosial-mədəni və iaşə obyektləri barədə məlumatlar da veriləcək.

Könüllülərə müvafiq təlimat keçilərək, iş qrafikləri müəyyən olunub. İkinövbəli rejimdə çalışacaq gənclər sərnişinlərə xidmət göstərəcəkləri  stansiyalarla tanış olublar. Onlar üzərində “Ask me” (tərcüməsi – “Məndən soruş”) yazılmış xüsusi geyimlərdə olacaq, sərnişinin yaddaş kitabçası, şəhər, metropoliten və Avropa çempionatı ilə bağlı digər vəsaitlərlə təmin ediləcəklər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: