Nəzrin Mustafayeva: “Vaksin olunan nahiyəyə su vurmaq olmaz” kimi fikirlər tamamilə yanlışdır”

“Kimlərə vaksin vurulmasının tövsiyə edilmədiyinə dair Səhiyyə Nazirliyi tərəfindən təlimat hazırlanıb”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

O bildirib ki, orada istehsalçı şirkətin bu istiqamətdə tövsiyələri də yer alır:

“Vaksinasiya üçün əks göstərişlər orada açıq şəkildə qeyd edilib. Bu istiqamətdə sualları olan şəxslər vaksinasiya olunacaqları tibb müəssisəsinə müraciət edə bilərlər. Həmin müəssisədə müvafiq müraciətə baxılacaq”.

O həm də qeyd edib ki, “vaksin olunan nahiyəyə su vurmaq olmaz” kimi fikirlər də yanlışdır:

“Bu fikirlərin elmi cəhətdən heç bir sübutu yoxdur. Tamamilə əhəmiyyətsiz məlumatlardır. Bol maye içmək və ağır fiziki işlərdən çəkinmək lazımdır. İlk 48-72 saat ərzində sadəcə müəyyən simptomlar yaşana bilər. Bu isə təbii haldır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.