Oğuzda qeyri-adi yol qəzası – FOTOLAR

Bu gün axşam saatlarında Oğuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Balakən istiqamətində hərəkətdə olan “Mercedes” markalı yük avtomobili idarəetmədən çıxaraq qaz xəttini qırıb. Nəticədə həmin ərazidə yaşayan təqribən 40 abonentə “mavi yanacağ”ın verilməsi dayandırılıb.

Əraziyə “Azəriqaz” İstehsalat Birliyinin Oğuz Qaz İstismarı İdarəsinin əməkdaşları cəlb olunub.

Qaz xəttinin qırılması nəticəsində yaxınlıqdakı bir neçə sayğac da yararsız vəziyyətə düşüb.(Report)

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.