Qadın tennis millimizdən əzmkar qələbə: Növbəti rəqib İslandiyadır

Litvanın paytaxtı Vilnüsdə amerikalı sabiq tennisçi Bili Cin Kinqin şərəfinə keçirilən Dünya Kuboku turnirində qadınlardan ibarət Azərbaycan millisi ikinci qələbəsini qazanıb.

Millimiz Albaniya yığmasına 0:1 uduzsa da, sonda 2:1 hesabı ilə qələbə qazanmağı bacarıb. Qələbənin qazanılmasında Umayra Həşimova – Züleyxa Səfərova cütünün rolu olub.

Komandamız bu gün, turnirin son günündə qrup üçüncüləri arasında keçirilən pley-off görüşündə İslandiya ilə qarşılaşacaq.

Qeyd edək ki, Yalçın Manaflının kapitanı olduğu qadın millimiz yarışda Umayra Həşimova, Züleyxa Səfərova, Alina Qavriş və Alina Hüseynova ilə təmsil olunur. 21 ölkənin mübarizə apardığı Avropa/Afrika zonasında yarışan komandamız F qrupunda Namibiyaya 3:0 qalib gələrək üçüncü olub. Bu, qadın tennis millimizin ilk qələbəsi sayılır.

Onu da bildirək ki, millimiz bu turnirdə artıq üçüncü dəfə çıxış edir. Daha əvvəl yığmamız 2006 və 2007-ci illərdə bu turnirdə mübarizə aparıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.