“Yuventus”un fəxri prezidenti və sabiq futbolçusu vəfat etdi

“Yuventus”un fəxri prezidenti, klubunun sabiq futbolçusu olmuş Campyero Boniperti vəfat edib.

Bu barədə klubun rəsmi saytında məlumat verilib.

Qeyd olunur ki, C. Boniperti 92 yaşında ürək çatışmazlığından vəfat edib.

Xatırladaq ki, C. Boniperti “Yuventus”la beş qat ölkə çempionu və iki dəfə İtaliya Kubokunun qalibi oldu.

O, klub tarixində Alessandro Del Pyerodan (290) sonra ən çox qol vuran ikinci oyunçudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.