Ağsuda 14 yaşlı yeniyetmənin ölümü ilə bağlı RƏSMİ MƏLUMAT

Ağsuda 14 yaşlı yeniyetmənin ölümündə təqsirləndirilən 2005-ci il təvəllüdlü Cabir Müseyibov həbs edilib.

Bununla bağlı Baş Prokurorluqdan sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, iyunun 20-də rayon sakini 2007-ci il təvəllüdlü Nihad Məmişovun daha əvvəl almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə prokurorluq orqanlarına məlumat daxil olub.

Bununla əlaqədar, Nihad Məmişovun ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Ağsu rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

İstintaqla müəyyən edilib ki, iyunun 15-də 2005-ci il təvəllüdlü Cabir Müseyibov aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Nihad Məmişovu yumruqları ilə sifət və bədən nahiyəsindən vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Həmin xəsarətlər nəticəsində N.Məmişov stasionar müalicədə olduğu Bakı şəhər Neyrocərrahiyə xəstəxanasında ölüb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.