Bakıda koronavirusa yoluxmanın ən çox qeydə alındığı rayonlar açıqlandı – SİYAHI + FOTO

Paytaxt üzrə koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, statistik göstəricilərə görə, paytaxt üzrə qeydə alınan yoluxma hallarının 14,6 %-i Binəqədi rayonunun payına düşür.

Ardıcıllığa əsasən, yoluxma hallarına görə ikinci yerdə 13,4 % ilə Xətai rayonu qərarlaşır.

Digər rayonlar üzrə isə Yasamalda 12,2 %, Sabunçuda 11,2 %, Nərimanovda 8,2 %, Suraxanı 8,2 %, Nəsimidə 7,9 %, Xəzərdə 7,2 %, Nizamidə 7,1 %, Səbaildə 5 %, Qaradağda 4,5 %, Pirallahıda isə 0,5 % yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 54,2 %-i Bakı şəhərində qeydə alınıb.

Bundan başqa, məlumatda bildirilib ki, Azərbaycan əhalisinin 19 faizi COVID-19 əleyhinə vaksinasiya edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.