Dövlət komitəsi məscidlərdə monitorinq keçirir – FOTO

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi pandemiya ilə bağlı məscidlərdə karantin qaydalarına əməl edilib-edilməməsi ilə bağlı monitorinqlər keçirir”.

Bu sözləri dövlət komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkədə dini konfensiyalarla birlikdə ibadətlərin yerinə yetirilməsinə şərait yaradılmasında köməklik göstərilir:

“Ölkəmizdə bütün ibadət yerlərində qəbul edilən qaydalara ciddi əməl olunur. Bu, belə də olmalıdır. Nəzərə almalıyıq ki, bütün məhdudiyyətlər müvəqqətidir. Hər birimiz müvəqqəti çətinlikdən yaranan məsələlərə səbirlə yanaşmalıyıq. Mömin insanlar bu məhdudiyyətlərin zəruriliyini başa düşür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.