Hindistanda koronavirusun yeni növü aşkarlandı

Hindistanın Maharaştra əyalətində koronavirusun yeni növü aşkarlanıb.

Bu barədə Hindistan səhiyyə naziri Raceş Tope açıqlama verib. O qeyd edib ki, yeni növə “delta plus” adı verilib.

Yeni növə Maharaştra əyalətinin dörd bölgəsi – Sindxudurq, Ratnagiri, Palqar və Jalqaondada ümumilikdə 20 yoluxma faktı aşkarlanıb. Nümunələr mutasiya olunmuş virusun epidemioloji xüsusiyyətlərini öyrənmək üçün laboratoriyalara göndərilib.

“Genomika və İnteqrativ Biologiya İnstitutu (CSIR-IGIB) əyalətin bütün bölgələrindən toplanan nümunələr əsasında bir hesabat hazırlayıb. Hesabat bazar ertəsi günü keçiriləcək iclasda müzakirə ediləcək və nəticələr çıxarılacaq”, – deyə Raceş Tope bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.