Kolumbiya Peruya uduzdu – Video

Futbol üzrə Amerika kubokunda qrup mərhələsinin 3-cü turuna start verilib. İlk oyun günündə A qrupunun qarşılaşmaları keçirilib.

Əvvəlcə Venesuela yığması Ekvadorla qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə bitib.

Qrupun 2-ci pilləsində yer alan Kolumbiya millisi Peru ilə üz-üzə gəlib. Görüş peruluların 2:1 hesablı qələbəsiylə başa çatıb.

Amerika kubokunda bu gün B qrupunun qarşılaşmaları oynanılacaq. Uruqvay Çili ilə, Argentina isə Paraqvayla qarşılaşacaq.

Amerika kuboku

21 iyun

A qrupu

Venesuela – Ekvador 2:2

Qol: Edson Kastilyo, 51. Ronald Hernandes, 90+1 – Ayrton Presyado, 39. Qonsalo Plata, 71.

Kolumbiya – Peru 1:2

Qol: Migel Anxel Borxa, 53-pen – Serxio Penya, 17. Yerri Mina, 64-avtoqol.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.