Məşhur professordan XƏBƏRDARLIQ: dördüncü dalğa…

“BioNTech”in həmtəsisçisi və baş direktoru professor Uğur Şahin koronavirus ştammları səbəbindən artan xəstəlik sayı ilə əlaqədar açıqlama verib

Professor bu barədə “Barron” jurnalına danışıb. O bildirib ki, COVID-19 yoluxmaları yenidən arta bilər və dördüncü dalğanın olması istisna olunmur.

İlk dəfə Hindistanda yayılan Delta ştammının yaratdığı təhlükədən söz açan mütəxəssis sözlərinə belə davam edib:

“Böyük Britaniyada insanların təxminən 50 faizi iki dozanı da vurdurub. Buna baxmayaraq, Delta ştammı hələ də yayılır. Diqqətli olmasaq, bəzi bölgələrdə dördüncü dalğa ilə qarşılaşa bilərik. Yoluxma sayı artırsa, digər dalğaya keçə bilərik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.