İş və xidmət sahələrində COVID-19 pasportu avqustun 1-dən tələb olunacaq

Azərbaycanda iş və xidmət sahələrində 1 avqust tarixindən etibarən COVID-19 pasportu tələb olunacaq.

Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.

Qərarda qeyd edilib ki, iyulun 1-dən etibarən isə COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması lazımdır.

Xatırladaq ki, əvvəlki qərara əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.