Kürdəmirdə ahıl kişi itkin düşüb – FOTO

Kürdəmirdə yaşlı kişi itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, Kürdəmir rayon sakini, 78 yaşlı Kamil Ərəbov iyun ayının 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Kamil Ərəbovun əlamətləri belədir: arıq bədən quruluşlu, ağ saçlı, gözlərinin və qaşlarının rəngi qaradır. Evdən çıxan zaman əynində ağ zolaqları olan qara rəngli qısaqol köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Kürdəmir Rayon Polis Şöbəsinə  (+9942025) 5-04-10 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.