Toylarda qaydalara bu qurumlar nəzarət edəcək

Nazirlər Kabineti iyulun 1-dən Azərbaycanda toyların keçirilməsinə icazə verib.

Toyların tələb olunan şərtlərlə keçirilməsinə nəzarət edəcək qurumlar da müəyyənləşib.

Belə ki, ictimai iaşə obyektlərində monitorinqlər, habelə 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir.

50 nəfərə kimi qonaqla keçiriləcək toylarda maska taxmaq məcburi olacaq, 50-150-dək qonaq olan qoy şənliklərində iştirakçılardan COVID-19 pasportu tələb ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.