Nazir rusiyalı ixracatçılarla görüşdə Zəngəzur dəhlizindən danışdı

Azərbaycan və Rusiya arasında bütün istiqamətlərdə, o cümlədən informasiya texnologiyaları və nəqliyyat sahəsində əməkdaşlıq əlaqələri mövcuddur.

Bu sözləri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Rusiya ixracatçıları ilə görüşü zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan və Rusiya müxtəlif beynəlxalq nəqliyyat dəhlizlərində əməkdaşlığı davam etdirirlər. O, Azərbaycanın tranzit yükdaşımalarda əldə etdiyi nəticələr barədə məlumat verib.

Nazir 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad edilməsindən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın növbəti dövrdə nəqliyyat dəhlizlərinin, həmçinin Zəngəzur dəhlizinin açılması ilə sadəcə Rusiyanın transport imkanlarını deyil, həm Azərbaycanın və regionun transport imkanlarını genişləndirəcəyini vurğulayıb.

Rəşad Nəbiyev əlavə edib ki, bu gün işğaldan azad edilən ərazilərdə sürətli şəkildə avtomobil yollarının bərpası, əsas yolların yenidənqurulması prosesi gedir.

O, həmçinin, ölkədə yük avtomobilləri parkının yenilənməsi məsələsinə də toxunub:

“Azərbaycana yeni, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin gətirilməsi həm daha sürətli nəqliyyat və çatdırılma prosesinə, həm də effektiv logistikaya töhfə verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.